AZ

İran Kəşfiyyat Nazirliyinin məxfi sənədi üzə çıxdı - "Zəngəzur dəhlizinin açılması..." + FOTO

Ötən il İran parlamentinin rəsmi saytına edilən kiberhücum nəticəsində ölkənin ETTELAAT (Təhlükəsizlik və Kəşfiyyat) Nazirliyinin “Zəngəzur dəhlizinin yaradılmasının nəticələri” ilə bağlı məxfi sənədi ifşa edilib.

"AzPolitika" xəbər verir ki, bu günlərdə sənəddə qeyd olunan məlumatlar sosial şəbəkələrdə paylaşılıb.

Həmin sənəddə olan məlumatları təqdim edirik: 

“Rusiya İran hökumətinin prioritetlərinə hörmət etmədən Qafqaz bölgəsində öz hərbi mövcudluğunu təmin edib. Rusiyanın Zəngəzur dəhlizi boyunca hərbi və təhlükəsizlik cəhətdən mövcudluğu İran, Türkiyə, Azərbaycan, Ermənistan, Gürcüstan, Qərb və Mərkəzi Asiya təzyiq rıçaqı sayılır. Rusiyanın regional siyasəti öz ölkəsinin milli maraqlarına əsaslanır, buna görə də, İran regionda yalnız konkret strategiyaya malik olduqda digər aktorlar tərəfindən Qafqaz bölgəsinin fəal oyunçusu sayıla bilər.

İkinci Qarabağ Müharibəsinə qədər Azərbaycanın həm Naxçıvan bölgəsinə, həm də Türkiyəyə İran ərazisindən quru yolla çıxış marşrutu iki ölkə əlaqələrində nisbətən vacib geosiyasi rıçaq sayılırdı. Naxçıvanı Azərbaycanla birləşdirəcək birbaşa dəhlizin yaradılması ilə həmin geosiyasi rıçaq faktiki olaraq İranın əlindən çıxmış olacaq və bu, gələcəkdə Azərbaycan və Türkiyəyə münasibətdə İranın geosiyasi imkanlarının azalmasına səbəb olacaq. Çünki bundan əvvəl Naxçıvanın demək olar ki, bütün iqtisadi ehtiyacları, ticarət mübadilələri, təhlükəsizlik və müdafiə tələbatı İran ərazisindən təmin olunurdu, ancaq indi bu tələbat İrandan coğrafi asılılıq olmadan təmin ediləcək.

Azərbaycan və Türkiyədə hazırkı hakim partiyalar, xüsusilə iki ölkənin siyasi elitası və bir sıra ziyalıları dünyada milliyyətçi qrupların əsas dəstəkçiləri hesab olunurlar və onlar bu düşüncə prosesini öz media qurumları ilə himayə edirlər. Bu iki ölkənin Naxçıvan vasitəsilə ərazilərinin birləşməsi əvvəlkindən daha çox öz milliyyətçilik siyasətini vurğulamağa və bölgədə etnik milliyyətçi cərəyanlara dəstəkləməsinə səbəb olacaq”.

"AzPolitika.info"

Seçilən
134
43
azpolitika.info

10Mənbələr