Azərbaycanın Rusiyadakı keçmiş səfiri, Xalq artisti Polad Bülbüloğluna Özbəkistanda fəxri ad verilib.
Publika.az xəbər verir ki, bu haqda Xalq artisti Gülyanaq Məmmədova "Instagram" hesabında paylaşım edib:
"Bu gün Özbəkistanda Polad Bülbüloğlunun "Özbəkistanın Xalq artisti" adı alması münasibətilə təqdimat keçirilib. Təqdimatda Özbəkistanın və Azərbaycanın mədəniyyət nazirləri və səfirləri iştirak edib".