AZ

Bu ölkə Kiyevə rekord sayda PUA verir

Latviyanın müdafiə naziri Andris Spruds diqqət çəkən açıqlama verib.

News365.az xəbər verir ki, o, X sosial şəbəkəsində yerli istehsalçıların pilotsuz təyyarələrinin ən böyük partiyasının Ukraynaya göndəriləcəyini bildirib. Söhbət 1300 drondan ibarət rekord partiyadan gedir: "Latviya istehsalçılarının ən böyük partiyası - 1400 pilotsuz təyyarə Ukraynaya göndərilməyə hazırdır. Bununla da, Müdafiə Nazirliyi tərəfindən Ukrayna üçün Latviya sənayesinin 2700-dən çox pilotsuz uçan aparatının alınması başa çatır".

Müdafiə nazirinin sözlərinə görə, ümumilikdə Latviya "Dron Koalisiyası" çərçivəsində artıq Ukraynaya müxtəlif tipli 3 min döyüş PUA-sı verib.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Son aylarda Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Amma Ukraynanın ilk dəfə olaraq Rusiya ərazisinə daxil olaraq Kurskda xeyli ərazini zəbt etməsi müharibədə dönüş nöqtəsinə çevrilib.

Tural

News365.az


Seçilən
184
50
news365.az

10Mənbələr