AZ

Erməni kilsəsi silahlı dəstəni döyüşə göndərdi – Lideri görün kimdir?

Ermənilərdən ibarət dəstə Ukrayna ordusu ilə savaşmaq üçün Rusiyanın Kursk vilayətinə göndərilib.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert Rusiya-Ukrayna müharibəsi ilə əlaqədar son gəlişmələrə diqqət çəkib:

“Rusiyadakı siyasi-hərbi mərkəzlər Ukrayna ilə müharibəni milliləşdirməyə və müxtəlif xalqları ukraynalılarla qarşıdurmaya təhrik etməyə çalışırlar. Rusiya Müdafiə Nazirliyi Kurskda Ukrayna ordusu ilə savaşan çeçenlərdən formalaşan “Axmat” silahlı qruplaşmasıyla yanaşı, ermənilərdən təşkil edilmiş “Arbat” muzdlu batalyonunu da həmin istiqamətə göndərib. Rusiya və işğal altındakı Abxaziyada yaşayan ermənilərindən təşkil olmuş “Arbat” ötən il Moskvada erməni kilsəsindən birbaşa döyüşlərə yola salınıb.

Ukraynaya qarşı savaşan erməni muzdluların komandiri keçmiş “Vaqner” döyüşçüsü Ayk Qasparyandır. Bu erməni Rusiya Prezidenti Vladimir Putinin əlindən dövlət mükafatı alıb. Qasparyan Ukraynanın işğal edilən ərazilərində evləri yağmalamaqla, mülki insanları qətlə yetirməklə məşhurlaşıb. O, batalyonuna işsiz qalan Qarabağ separatçılarını da cəlb etməyə çalışır.

Moskva paralel olaraq, digər etnik qruplardan da xüsusi batalyonlar formalaşdırmağa çalışır. Bu sırada Rusiyada yaşayan və çalışan özbək, qırğız, tacik və azərbaycanlıların adlarını çəkirlər. Əgər Moskva əvvəllər etnik qrupları ordu sıralarında toplayırdısa, indi onlardan ibarət muzdlu batalyonlar formalaşdırır ki, bu millətlərlə ukraynalılar arasında nifaqı dərinləşdirsin”.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
130
9
teleqraf.com

10Mənbələr