AZ

Ucarda iki maşın toqquşdu, xəsarət alanlar var

Ucarda yol-nəqliyyat hadisəsi baş verib.

KONKRET.az xəbər verir ki, hadisə bu gün rayonun “20 Yanvar” küçəsində qeydə alınıb.

“BMW” və “VAZ-2106” markalı minik maşınlarının toqquşması nəticəsində Ucar rayon sakinləri – 1997-ci il təvəllüdlü Hasil Fuad oğlu Kazımov və onun həmyaşıdı Cəlal Zahid oğlu Mahmudov xəsarət alııblar. Onlar Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.(apa)

Seçilən
19
4
konkret.az

5Mənbələr