AZ

Məktəb direktoru şagirdlərdən pul tələb etdi - ARAŞDIRMA BAŞLADI

Sosial şəbəkələrdə Sumqayıtda 21 nömrəli məktəbin direktoru Qədir Mikayılovun 5-ci sinif şagirdlərindən pul tələb etməsi ilə bağlı yayılan iddialar araşdırılır.

Hurriyyet.Az xəbər verir ki, bu barədə "Report"a Abşeron-Xızı Regional Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, hazırda sözügedən məsələ Abşeron-Xızı Regional Təhsil İdarəsi tərəfindən nəzarətə götürülüb:

"Araşdırma aparılır. İctimaiyyətə araşdırmanın nəticələri barədə məlumat veriləcək".

Seçilən
72
24
hurriyyet.az

10Mənbələr