AZ

İran Prezidenti Nyu-Yorka səfər edəcək

İran prezidenti Məsud Pezeşkian yüksək rütbəli nümayəndə heyətinin başçılığı ilə Birləşmiş Millətlər Təşkilatının Nyu-Yorkdakı mənzil-qərargahına gedəcək.

News365.az xəbər verir ki, bu barədə “İRNA“ məlumat yayıb.

Pezeşkianın sentyabrın 24-də BMT Baş Assambleyasının sessiyasında çıxış edəcəyi və burada müxtəlif məsələlərlə bağlı fikir və mövqelərini ifadə edəcəyi planlaşdırılır.

Qeyd edək ki, səfər zamanı Pezeşkian ABŞ-dakı iranlı mühacirlər də daxil olmaqla bir sıra görüşlər keçirməyi, Avropa, Asiya və İslam ölkələrinin rəhbərləri ilə danışıqlar aparmağı planlaşdırır.


Seçilən
27
9
news365.az

10Mənbələr