AZ

Onlar vitse-spiker seçildilər – YENİLƏNİB

Milli Məclisin yeni tərkibdə bu gün keçirilən ilk iclasında parlamentin sədr müavinlərinin seçilməsi məsələsi müzakirə edilib.

Medianews.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, səsvermə nəticəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən namizədliyi irəli sürülmüş Əli Əhmədov I vitse-spiker, bitərəflərin namizədi Musa Qasımlı, parlamentdə azlıq təşkil edən partiyaların namizədi Rafael Hüseynov və Ziyafət Əsgərov isə vitse-spikerlər seçiliblər.

10:40

Bu gün Milli Məclisin yeni tərkibdə ilk iclası keçiriləcək.

Medianews.az-ın əldə etdiyi məlumata görə, Milli Məclisin VII çağırışında sədrin birinci müavini və 3 vitse-spiker olacaq. Bununla da müavin sayı artacaq.

Milli Məclis sədrinin müavini postuna isə ən şanslı namizəd Əli Əhmədov hesab olunur. Düzdür, deputatlar Musa Qasımlı və Rafael Hüseynov da parlament sədrinin müavini postuna namizədlər sırasında yer alırlar. Amma məhz Əli Əhmədovun spikerin birinci müavini olacağı bildirilir.

Böyük Quruluş Partiyasının sədri, VI çağırış Milli Məclisdə Mədəniyyət komitəsinin sədri olan Fazil Mustafanın da yeni parlamentdə vitse-spiker olacağı ehtimal edilir.

Məlumata görə, VII çağırış Milli Məclisdə Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu olacaq. BQP sədri Fazil Mustafa da vitse-spiker postunda müxalifəti təmsil edəcək.

Medianews.az

Seçilən
79
7
medianews.az

10Mənbələr