Pakistanda rusiyalı pilotların olduğu Mi-8 helikopteri qəzaya uğrayıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Geo” nəşri məlumat yayıb.
Bildirilib ki, hadisə Pakistanın Xayber Paxtunxva əyalətinin Şimali Vəziristan rayonunda baş verib. 6 nəfər ölüb, 8 nəfər yaralanıb.
Helikopter Pakistanın neft kəşfiyyatı və hasilatı ilə məşğul olan “Mari Petroleum Limited” şirkətinə məxsus olub. O, texniki səbəblərdən neft yatağının yaxınlığında qəzaya uğrayıb.