UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində oktyabrın 11-də, Tallin şəhərindəki “Lilekulla” stadionunda keçiriləcək Estoniya – Azərbaycan oyunu öncəsi təşkil olunacaq mətbuat konfranslarının və açıq məşqlərin vaxtı məlum olub.
"Operativ Media" AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, Estoniya - Azərbaycan matçından öncə, oktyabrın 10-da açıq məşq və mətbuat konfransı təşkil olunacaq.
10 oktyabr
Estoniya milli komandası
10:45. Mətbuat konfransı
11:15. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq
Azərbaycan milli komandası
17:15. Mətbuat konfransı
18:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq
Qeyd edək ki, Estoniya - Azərbaycan matçı oktyabrın 11-də Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.