AZ

Zəfər xronikası. 8 noyabr 2020-ci il: Prezident İlham Əliyev xalqa müraciətində Şuşanın azad olunduğunu açıqlayıb (FOTO/VİDEO)

Bakı. Trend:

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinincəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraqAzərbaycan Ordusu sonradan "Dəmir yumruq" adlandırılan əks-hücuməməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminənotuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilənəticələndi.

2020-ci il noyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti,Müzəffər Ali Baş Komandan İlham Əliyev və Birinci xanım MehribanƏliyeva Fəxri xiyabanda və Şəhidlər xiyabanında olublar.

Trend-in məlumatına görə, dövlətimizin başçısıŞəhidlər xiyabanında Azərbaycan xalqına müraciət edib.

Əvvəlcə Prezident İlham Əliyev və birinci xanım Mehriban ƏliyevaFəxri xiyabanda ulu öndər Heydər Əliyevin xatirəsinə ehtiramlarınıbildirdilər.

Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin abidəsi önünəəklil qoydu.

Azərbaycanın Dövlət Himni səsləndirildi.

Dövlətimizin başçısı və xanımı görkəmli oftalmoloq-alim,akademik Zərifə Əliyevanın xatirəsini də yad etdilər.

Görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim-alimTamerlan Əliyevin məzarları üzərinə gül dəstələri düzüldü.

Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban ƏliyevaŞəhidlər xiyabanına gəldilər. Dövlətimizin başçısı və birinci xanımAzərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarındankeçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad etdilər,məzarları önünə gül dəstələri düzdülər.

Prezident İlham Əliyev "Əbədi məşəl" abidəsinin önünə əklilqoydu.

Azərbaycanın Dövlət Himni səsləndirildi.

Dövlətimizin başçısı Şəhidlər xiyabanında Azərbaycan xalqınamüraciət etdi.

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlhamƏliyevin xalqa müraciəti

-Əziz həmvətənlər, əziz bacılar və qardaşlar!

Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəriişğaldan azad edildi! Şuşa bizimdir! Qarabağ bizimdir! Bumünasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bütünşuşalıları ürəkdən təbrik edirəm.

İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşaindi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüşmeydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixindəəbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlıQələbəmizin, zəfərimizin günüdür! Bu qələbəni biz döyüş meydanındaqazandıq, danışıqlar masası arxasında yox. Mən dəfələrlə demişəm,bütün bəyanatlara rəğmən ki, bu münaqişənin - Ermənistan-AzərbaycanDağlıq Qarabağ münaqişəsinin hərbi həll yolları da vardır və bu günbiz bunu döyüş meydanında sübut edirik. 30 ilə yaxın mənasızdanışıqlar bizi heç bir nəticəyə yaxınlaşdırmadı. Əzəli tarixitorpaqlarımız 30 ilə yaxın işğal altında qaldı. Danışıqlarprosesində Ermənistan tərəfi, sadəcə olaraq, vaxt udmaq istəyirdi,sadəcə olaraq, status-kvonu möhkəmləndirmək, əbədi etmək istəyirdi.Bu illər ərzində dəfələrlə Azərbaycana müxtəlif güc mərkəzlərindəngöndərilən siqnallar bizi vəziyyətlə barışmağa sövq edib. Ancaq bizqətiyyət, cəsarət, siyasi iradə göstərərək Azərbaycan xalqınınmaraqlarına cavab verməyən heç bir razılaşmaya getmədik. Məndəfələrlə bütün beynəlxalq kürsülərdən bəyan etmişdim ki,torpaqlarımızın, ərazi bütövlüyümüzün bərpa edilməsi bizim əsasvəzifəmizdir və biz bu vəzifəni icra edirik. Danışıqlar heç birnəticə vermədi. Sadəcə olaraq, bizim başımızı aldadırdılar, sadəcəolaraq, məsələni dondurmaq istəyi müşahidə olunurdu. Biz buQələbəni döyüş meydanında qazandıq, şəhidlər verərək bu Qələbəniqazandıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Həm birinciQarabağ, həm ikinci Qarabağ – Vətən müharibəsi adlandırdığımızmüharibədə şəhid olmuş bütün şəhidlərimizə Allahdan rəhmətdiləyirəm, onların yaxınlarına səbir diləyirəm. Yaralısoydaşlarımıza Allahdan şəfa diləyirəm. Biz xalqımızın,əsgərlərimizin, zabitlərimizin canı, qanı bahasına torpaqlarımızıişğalçılardan azad edirik. İşğalçıları torpaqlarımızdan qovuruq vəqovacağıq!

Şuşa 28 il yarım işğal altında idi. Şuşanın Azərbaycan tarixindəxüsusi yeri vardır. Bu, bizim qədim, tarixi şəhərimizdir.Əsrlərboyu azərbaycanlılar Şuşada yaşayıb, qurub, yaradıb. Şuşanəinki Azərbaycanın, bütün Qafqazın incisidir. Ancaq mənfur düşmənŞuşanı işğal altında saxlamaqla bizim mədəni irsimizə böyük zərbəvurdu, bizim tarixi abidələrimizi dağıtdı, bizim məscidlərimizidağıtdı, təhqir etdi. Biz indi Şuşaya qayıtmışıq. Bütün tarixiabidələrimizi bərpa edəcəyik, bütün məscidləri bərpa edəcəyik, 28ildən sonra Şuşada yenə də azan səsi eşidiləcəkdir. Bir neçə ilbundan əvvəl - 2016-cı ilin Aprel döyüşlərindən sonra işğaldan azadedilmiş Cocuq Mərcanlı qəsəbəsində mənim göstərişimlə tikilmişməscidin açılışında bəyan etmişdim ki, bu məscid Şuşa məscidininbənzəridir, ölçülərinə, memarlıq üslubuna görə eynidir. Demişdimki, gün gələcək biz Şuşa şəhərində erməni vandalları tərəfindəndağıdılmış məscidlərimizi bərpa edəcəyik və bu gün gəlir. Bu günAzərbaycan bayrağı Şuşada dalğalanır. Bu gün bütün Azərbaycan xalqıqürur hissi ilə bu xoş xəbəri qarşılayır.

Biz güc toplayırıq, məqsədyönlü şəkildə, yorulmadan, bütüntəzyiqlərə baxmayaraq, güc toplayırıq və toplamışıq. İqtisadi güc.Əgər iqtisadi gücümüz olmasaydı, bu Qələbəni əldə etmək mümkünolmazdı. İlk növbədə, iqtisadi müstəqillik təmin edilməli idi vətəmin edildi. Bu gün Azərbaycan iqtisadi cəhətdən heç kimdən asılıdeyil, heç bir ölkədən asılı deyil, heç bir beynəlxalq maliyyəqurumundan asılı deyil. Müstəqilik və bu, bizə imkan verdi ki,ölkəmizi inkişaf etdirək, eyni zamanda, Ordumuzu gücləndirək. BizOrdumuz üçün lazım olan bütün hərbi texnikanı, silahları xaricibazarlardan alırıq. Əgər bizim iqtisadi imkanlarımız olmasaydı, bizbunları necə əldə edə bilərdik? Biz ölkə daxilində uğurlu siyasətapararaq hesab edirəm ki, ölkəmizdə dünya üçün çox nadir inkişafmodelini yaratdıq. Daxildəki həmrəylik, milli birlik, vahid amaluğrunda birləşməyimiz bizə əlavə güc verdi, imkan vermədi ki, bəzimənfur xarici dairələr öz çirkin planlarını Azərbaycanda həyatakeçirsinlər. Halbuki belə planlar var idi, belə cəhdlər var idi.Biz siyasi iradə göstərərək, birlik göstərərək bu cəhdləri dəfetdik, xalq olaraq, millət olaraq öz qürurumuzu müdafiə etdik, özmüstəqil seçimimizi müdafiə etdik və sübut etdik ki, heç kim bizimişimizə qarışmasın və qarışa bilməz. Əgər bu birlik olmasaydı,milli həmrəylik olmasaydı, biz heç vaxt torpaqlarımızıişğalçılardan azad edə bilməzdik. Bu illər ərzində bizə qarşıaparılan qara piar kampaniyası, qarayaxma, şər-böhtankampaniyasının da əsas məqsədi o idi ki, bizi əsas vəzifəmizdənuzaqlaşdırsınlar, biz uzaqlaşaq, daxili problemlər içində boğulaqvə işğal edilmiş torpaqlar işğalçıların əlində əbədi qalsın. Güclüsiyasi iradə, xalq-iqtidar birliyi bu planları da alt-üst etdi.

Qələbəmizin üçüncü əsas amili beynəlxalq səviyyədəkiuğurlarımızdır. Biz bütün dünyaya sübut etdik ki, Qarabağ əzəliAzərbaycan torpağıdır. Sübut etdik ki, əsrlərboyu Azərbaycan xalqıbu torpaqlarda yaşayıb. Sübut etdik ki, erməni əhalisi butorpaqlara 200 il bundan əvvəl köçürülübdür, necə köçürülübdür,hansı məqsədlərlə köçürülübdür, hamısını biz dünya ictimaiyyətinətəqdim etdik, sübutlarla, faktlarla. Biz sübut etdik ki, DağlıqQarabağ tarixi, əzəli Azərbaycan torpağıdır və bu məsələ beynəlxalqhüququn norma və prinsipləri əsasında öz həllini tapmalıdır.Dünyanın bütün aparıcı təşkilatları, bütün beynəlxalq təşkilatlarErmənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətliqətnamələr, qərarlar qəbul edibdir. BMT Təhlükəsizlik Şurasının 4qətnaməsi, BMT Baş Assambleyasının qətnamələri, QoşulmamaHərəkatının qətnamələri, İslam Əməkdaşlıq Təşkilatının qətnamələri,Avropa Parlamentinin qətnamələri və digər beynəlxalq təşkilatlarınqərar və qətnamələri birmənalı şəkildə Dağlıq Qarabağı Azərbaycanınayrılmaz hissəsi kimi tanıdı. Bu, bizə əlavə güc verdi. Əgər bizbunu etməsəydik, bu gün münaqişənin ətrafında cərəyan edənproseslər bizə böyük problemlər yarada bilərdi. Biz bu illərərzində bir çox ölkələrlə səmimi, işgüzar, qarşılıqlı hörmətəsasında münasibətlər qura bildik, bir çox ölkələr Azərbaycanıstrateji tərəfdaş hesab edir və artıq bu ifadə beynəlxalqsənədlərdə öz əksini tapır. Biz bütün qonşu ölkələrlə səmimidostluq əsasında münasibətlər qura bildik, qarşılıqlı hörmət,qarşılıqlı inam əsasında. Əgər biz bunu etməsəydik, bu gün münaqişəətrafında tam başqa proseslər gedə bilərdi.

Şuşa işğal altına düşəndə bizim əsas problemlərimiz həm o idiki, ordumuz yox idi, rəhbərlik öz vəzifə borcunu yerinə yetirəbilmirdi. Beynəlxalq müstəvidə Azərbaycan demək olar ki, bütünölkələrlə münasibətləri gərginləşdirmişdi. Biz demək olar ki,təcrid edilmiş vəziyyətdə idik. Ancaq bu gün biz Ermənistanı təcridedilmiş vəziyyətə saldıq. Bizim transmilli layihələrimiz regiondatamamilə yeni mənzərə yaratdı. Biz regionun enerji xəritəsini,nəqliyyat xəritəsini yenidən tərtib etdik. Bizim təşəbbüsümüzləreallaşan layihələr təkcə bizim xalqımızın maraqlarını təmin etmir,bir çox ölkələrin maraqlarını təmin edir, o cümlədən regionölkələrinin. Qonşu ölkələrlə bizim həm ikitərəfli, həm üçtərəfliəməkdaşlıq formatlarımız vardır. Bütün bunlar Azərbaycanınbeynəlxalq nüfuzunu böyük dərəcədə gücləndirdi. Əgər bunailiyyətlər olmasaydı, problem dondurulmuş vəziyyətdə qalabilərdi.

Nəhayət və ilk növbədə, ordu quruculuğu. Bu 17 il ərzində mənimişimin əsas hissəsi ordu quruculuğuna həsr edilmişdir ki, bizordumuzu necə gücləndirək, ordumuzu ən müasir silahlarla təchizedək. O da asan məsələ deyildi. O silahları almaq üçün təkcə maddivəsait kifayət etmir. Eyni zamanda, diplomatik, siyasi səylərgöstərilməlidir və biz buna da nail olduq. Bu gün Azərbaycan özhərbi təchizatını bir çox ölkələrdən təmin edir. Eyni zamanda,mənim təşəbbüsümlə Azərbaycanda müdafiə sənayesi yaradıldı. Bizordumuzun tələbatını böyük dərəcədə daxili istehsal hesabına təminedirik. Azərbaycanda 1000-dən çox adda hərbi təyinatlı məhsulistehsal edilir, o cümlədən ən müasir məhsullar. Budur bizimfəaliyyətimiz. Ordu quruculuğu, hərbçilərin maddi-məişətproblemlərinin həlli, təqaüdə çıxmış hərbçilərin məişətproblemlərinin dövlət tərəfindən həll olunması, onlara mənzillərinverilməsi, hərbçilərimizin iş şəraitinin yaxşılaşdırılması. Bizdemək olar ki, bütün hərbi şəhərciklərimizi, hərbi bazalarımızıyenidən qurduq və onlar ən yüksək standartlara cavab verir.Əlbəttə, ilk növbədə, döyüş qabiliyyəti. Döyüş qabiliyyəti artdı.Azadlıq meydanında dəfələrlə keçirilmiş hərbi paradlar bütündünyaya bizim gücümüzü göstərdi.

Döyüş qabiliyyətinin artırılması ordu quruculuğu sahəsində əsasamildir. Biz müasir silahlardan istifadə edirik, texnikadanistifadə edirik, düşmənin texnikasını məhv edirik. Torpaqlarımızıancaq Azərbaycan əsgəri azad edir, Azərbaycan zabiti azad edir,sinəsini qabağa verərək, heç nədən qorxmayaraq, əlində bayraq,əlində silah düşməni qovan da əsgərdir, düşməni məhv edən dəəsgərdir. Eşq olsun bizim əsgərlərimizə!

Bax, belə ordu yaratmışıq biz! Deyirdik işğalçılara, deyirdik,düz yola gəlin, işğala son qoyun, hələ ki, gec deyil. Ona görəbizim bütün dövrlərdəki siyasətimiz birmənalı olub. Demişik ki,əgər məsələ sülh yolu ilə öz həllini tapmasa, hərbi yolla məsələnihəll edəcəyik. Mən bunu dəfələrlə demişəm. Buna görə də tənqidolunmuşam bəzi ölkələr tərəfindən. Mən demişəm ki, bəs bizimtorpaqlarımız məgər hərbi yolla zəbt edilməyibmi? Ermənistan bizimtorpaqlarımızı sülh yolu iləmi zəbt edib? Hər bir ölkəninözünümüdafiə hüququ var. Bu hüququ bizə BMT Nizamnaməsi verir. Məndemişdim, əgər görsəm ki, danışıqlar artıq tamamilə səmərəsizdir,bizim başqa yolumuz qalmayacaq. Bunu hamı bilsin - düşmən, onunhavadarları və bu məsələ ilə məşğul olan vasitəçilər. Həmişəsözümün üstündə durmuşam. Azərbaycan xalqına nə demişəmsə, onu daetmişəm. Bu məsələdə də sözümün üstündə durdum və artıq bizQələbəni qeyd edirik.

Sentyabrın 27-dən bu günə qədər 200-dən çox şəhər, kənd, qəsəbəişğaldan azad edildi. O cümlədən Füzuli şəhəri, tamamilə darmadağınedilmiş, bir dənə də salamat bina qoymayıb mənfur düşmən. Cəbrayıltamamilə dağıdılmış. Qubadlı, Zəngilan tamamilə dağıdılmış.Kəndlər, şəhərlər. Hadrut qəsəbəsi, Suqovuşan qəsəbəsi və bu günŞuşa şəhəri.

Bizim zəfər yürüşümüz davam edir. Hələ də işğal altındatorpaqlar var, hələ də döyüşlər gedir. Əgər Ermənistan rəhbərliyimənim tələblərimə cavab verməsə, sona qədər gedəcəyik. Heç kim bizidayandıra bilməz. Dünyada elə qüvvə yoxdur ki, bizi dayandırabilsin. Ermənistan artıq öz acı məğlubiyyətini etiraf edib, özünüalçalda-alçalda, xalqını təhqir edə-edə. Ermənistan rəhbərliyi indidünya ölkələrindən yardım istəyir, hərbi yardım istəyir, silah,texnika istəyir. Bəs, hanı sənin yenilməz ordun? Məhv etmişik onu.Onların bütün sözləri, onların bütün bəyanatları mif idi, yalanidi. Yenilməz ordu Azərbaycan Ordusudur! Bunu döyüş meydanındagöstərir, düşməni torpaqlardan təkbaşına qovur. Otuz il ərzindəmilyardlarla dollar xərclənib oraya, istehkamlar qurulub,mühəndislik qurğuları inşa edilib. Amma hamısını vurub dağıtmışıq -mənəvi ruh, güc hesabına, birlik hesabına!

Bir daha demək istəyirəm ki, bizim zəfər yürüşümüz davam edir.İşğal edilmiş bütün torpaqlardan düşmən qüvvələri çıxarılmalıdır.Bu, bizim tələbimizdir. Beynəlxalq norma və prinsiplər, beynəlxalqtəşkilatların qərar, qətnamələri bunu tələb edir.

Əziz bacılar və qardaşlar, bu gün bu müjdəni mən burada -Şəhidlər xiyabanında doğma xalqıma verirəm. Bu, təsadüfi deyil. Bu,təbiidir. Bu gün şəhidlərimizin ruhu qarşısında bir daha başəyirəm. Bu gün bəyan edirəm ki, şəhidlərimizin qanı yerdə qalmır.Erməni vəhşiliyinin qurbanlarının, Xocalı qurbanlarının qanı yerdəqalmır. İntiqamımızı döyüş meydanında aldıq. Biz mülki vətəndaşlaraqarşı heç vaxt müharibə aparmamışıq, bu dəfə də aparmamışıq.Baxmayaraq ki, mənfur düşmən 93 mülki şəxsi namərd atəşlə öldürüb,400-dən çox mülki şəxs yaralanıb. Amma mən dedim yox, bizazərbaycanlıyıq! Biz intiqamımızı döyüş meydanında alacağıq vəalırıq! Onların ordusunu məhv etmişik, texnikasını məhv etmişik,məhv edirik və edəcəyik. Düşməni qovuruq və qovacağıq!

Mən bu gün, eyni zamanda, ulu öndər Heydər Əliyevin məzarınıziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim,xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azadetdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddırbu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünyaazərbaycanlıları!

Mən bu günlərdə dünya azərbaycanlılarından və Azərbaycandayaşayan insanlardan minlərlə məktub alıram. Hər gün minlərləməktub. Sadəcə olaraq, heyfsilənirəm ki, bütün bu məktubları oxuyabilmirəm. Sadəcə olaraq, vaxt çatmır. Nə qədər gözəl sözlər, nəqədər böyük dəstək göstərilir. Bu gün biz bir daha bütün dünyayasübut edirik ki, biz böyük xalqıq, biz məğrur xalqıq! Biz yenilməzxalqıq! Biz döyüş meydanında düşmənə yerini göstəririk!

Bu günlərdə dəfələrlə Azərbaycan xalqına müraciət edərək düşmənəyumruq göstərmişdim, yumruq göstərmişdim. Demişdim ki, bu yumruqelə belə yumruq deyil. Bu, dəmir yumruqdur. Bu dəmir yumruqladüşmənin başını əzirik və əzəcəyik! Eyni zamanda, bu yumruqbirliyimizin rəmzidir. Bax, bu gün Azərbaycan xalqı bu yumruq kimibirləşib! Həmişə belə olacaq! Bu birlik əbədi olacaq! Bu birlikbizə gələcəkdə də bütün vəzifələri icra etmək üçün imkan yaradacaq.Mən bütün bu illər ərzində - 17 il ərzində Azərbaycan xalqınındəstəyini hiss etmişəm, görmüşəm, inamını, mənə olan xoş münasibətigörmüşəm. Bu, mənə güc verir. Bu, mənim siyasətim üçün əvəzolunmazdəstəkdir. Həmişə Azərbaycan xalqını əmin edirdim ki, mən Vətənə,doğma xalqıma ləyaqətlə, sədaqətlə xidmət edəcəyəm. Şadam ki,sözümün üstündə durmuşam. Həmişə olduğu kimi, sözümə sadiqolmuşam.

Bu tarixi bir gündə Azərbaycan xalqına bu müjdəni vermək mənimhəyatımda bəlkə də ən xoşbəxt günlərimdən biridir.

Əziz Şuşa, sən azadsan!

Əziz Şuşa, biz qayıtmışıq!

Əziz Şuşa, biz səni dirçəldəcəyik!

Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!

Zəfər
Zəfər
Zəfər
Zəfər
Zəfər
Zəfər
Zəfər
Zəfər
Zəfər
Zəfər
Zəfər
Zəfər
Zəfər
Zəfər
Zəfər
Zəfər
Zəfər
Zəfər
Zəfər
Zəfər
Zəfər
Zəfər
Zəfər
Zəfər
Zəfər
Zəfər
Zəfər
Zəfər
Zəfər
Zəfər
Zəfər
Zəfər
Məqalədə:
Seçilən
110
2
az.trend.az

3Mənbələr