“İrəvanla KTMT arasında münasibətlər geri dönüşü olmayan nöqtəyə çatıb”.
Azpost.info xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan parlamentdə hökumət saatı zamanı bildirib.
Onun sözlərinə görə, təşkilata qayıtmaq demək olar ki, qeyri-mümkündür.
Paşinyan qeyd edib ki, ölkə təşkilat daxilində sənədlərin işlənib hazırlanmasında iştirak etmir: “Dedik ki, KTMT-nin fəaliyyətində iştirakımızı dondururuq. Bu o deməkdir ki, biz heç bir sənədin müzakirəsində iştirak etmirik. Biz sadəcə olaraq heç bir sənədə veto qoymuruq, çünki mahiyyət etibarı ilə biz özümüzü KTMT-dən kənarda hesab edirik, qoy istədiklərini etsinlər. Bu vəziyyət Ermənistanın KTMT-yə qayıtmasını getdikcə çətinləşdirir, hətta mümkünsüz edir. Düşünürəm ki, biz burada geri dönüşü olmayana nöqtəyə keçdik”.
Azpost.info