AZ

Cənubi Koreyada prezident və xanımını araşdırmaq üçün qanun qəbul edilməyib

Cənubi Koreya hakimiyyəti prezident cütlüyünün korrupsiya ittihamı ilə bağlı araşdırılması üçün qanunu təsdiq etməyib...

Cənubi Koreya hökuməti qiyamda ittiham olunan prezident Yun Sok Yolun hərəkətlərini və birinci xanım Kim Qun Hinin korrupsiya əməlini araşdırmaq üçün xüsusi prokurorun təyin edilməsinə dair iki qanun layihəsini nəzərdən keçirə bilməyib.

Poliqon “Yonhap” xəbər agentliyinə istinadən xəbər verir ki, qərar müxalifətin razılığı olmadan qəbul edilib.

Prezident vəzifəsini icra edən baş nazir Han Dok Su istintaqın şəffaflığı üçün iqtidarla müxalifət arasında kompromis əldə olunmasının vacibliyini bəyan edib. Qanun layihələri əvvəllər müxalifətin nəzarətində olan parlament tərəfindən qəbul edilib. Müxalifət qanun təsdiqlənməsini tələb edir.

“Yonhap” Agentliyi həmçinin qeyd edib ki, Han Dok Su doqquz üzvdən ibarət Konstitusiya Məhkəməsinə təyinatlara nəzarət edir və hazırda üç hakim yeri boşdur. Yn Sok Yolun yekun impiçmentini dəstəkləmək üçün isə Konstitusiya Məhkəməsi hakimlərinin ən azı altı səsi lazımdır.

Qeyd edək ki, dekabrın 14-də Cənubi Koreya parlamenti prezident Yun Sok Yola qarşı impiçment elan edib. Yun Sok Yol dövlətə xəyanətdə və hərbi vəziyyətin tətbiqinə cəhddə ittiham olunur.

Poliqon.info

Seçilən
117
50
poliqon.info

10Mənbələr