AZ

AZAL-ın vitse-prezidenti: Təyyarəyə üç xarici təsir olub

AZAL-ın
Təyyarəyə üç xarici təsir olub və nəticədə təyyarə qəzası baş verib. 1news.az APA-ya istinadən xəbər verir ki, bunu "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) prezidenti Samir Rzayev hava limanındakı vida mərasimində deyib.
O bildirib ki, qara qutu artıq açılıb oxunur: "İlkin məlumatlar sübut edir ki, təyyarəmizə qeyri-qanuni xarici təsirlər olub. Təəssüf ki, heyət yerə siqnal göndərəndə Mahaçqala və Qroznı hava limanı təyyarəni qəbul etməyib. Heyət o vəziyyətdə idarəedilməz təyyarəni idarə edib, eniş ediblər. Bu, bizim pilotların yüksək keyfiyyətlərə cavab verməsinin nəticəsidir", - o deyib.

S. Rzayev əlavə edib ki, qəzanın səbəbləri araşdırılacaq və ictimaiyyətə məlumat veriləcək.

Seçilən
83
24
1news.az

10Mənbələr