Bakı. Trend:
Azərbaycan və ABŞ arasındakı tərəfdaşlıq əlamətdar tərəqqiyəçatıb və dayanıqlı gələcəyin təməlini qoyub.
Trend xəbər verirki, bunu ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi bu vəzifədəmüddətinin başa çatması ilə əlaqədar sosial şəbəkə hesabındapaylaşdığı vida mesajında bildirib.
“Biz iqtisadi rifahı yüksəltmişik. Tarixi 30 il əvvələ dayananƏsrin Müqaviləsindən keçənilki COP29-a və ABŞ-nin Azərbaycandakiçik biznesə, fermerlərə və qadın sahibkarlara davam etməkdə olandəstəyinə kimi ABŞ-Azərbaycan tərəfdaşlığı əlamətdar tərəqqiyəçatıb və daha aydın və dayanıqlı gələcək üçün təməllər qoyub”, -deyə o bildirib.
Səfir qeyd edib ki, ABŞ Azərbaycanda mina təhdidləri iləmübarizəyə əhəmiyyətli miqdarda resurslar yönəldib.
“Birlikdə biz Azərbaycan əhalisinin təhlükəsizliyinitəkmilləşdirmişik. Səfirlik azərbaycanlıların həyatına hər güntəhlükə yaradan minaların təmizlənməsinə milyonlarla dollar ayırıb.Mən və həmkarlarım Azərbaycanın beynəlxalq səviyyədə tanınmışərazilərinə ərsmi səfərlər etməklə ABŞ-nin ərazi bütövlüyüprinsipinə hörmətini göstərmişik”, - deyə amerikalı diplomatbildirib.
“Və son olaraq, insanlararası əlaqələrdə olduqca böyük inkişafınşahidi olmuşuq. Birləşmiş Ştatlarda təhsil alan azərbaycanlıtələbələrin sayının sürətli artımı, köçkünlər və digər az imkansızəhali qruplarına İngilis dilinin tədrisi proqramları vasitəsiləxalqlarımız arasındakı dostluğun davamlı olduğunu və inkişafetdiyini sübuta yetirmişik.
Hər şeydən daha çox bu məndə münasibətlərimizin gələcəyinə dairböyük ümidlər doğurur. Ailəmi və məni qonaq etdiyiniz üçün sizətəşəkkür edirəm, Azərbaycan.Qonaqpərvərliyiniz və yaradıcılıqenerjiniz üçün sizə minnətdaram, Azərbaycan. Danusia və mən bumöhtəşəm ölkə üçün darıxacağıq. Qarşıdan gələn illərdə Azərbaycanxalqına səmimi qəlbdən xoşbəxtlik və rifah arzulayırıq”, - deyəsəfir mesajını sona çatdırıb.