AZ

TƏBİB İmişlidə avtomobilin vurduğu uşaqlarla bağlı açıqlama yaydı

İmişlidə xidmətə gedən DYP avtomobilinin qarşısına digər bir nəqliyyat vasitəsinin çıxması nəticəsində xidməti maşın yol kənarında olan uşaqlara dəyib.
Nəticədə 2 uşaq ölüb, 3 uşaq xəsarət alıb.

TƏBİB-dən hadisə ilə bağlı Teleqraf.com-a bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 18 yanvar saat 12:50 radələrində İmişli rayonu, Yalavac kəndi ərazisində piyada vurma hadisəsinin baş verməsi səbəbilə çağırış daxil olub.
Çağırış ünvanına 2 təcili tibbi yardım briqadası cəlb olunub.
"Xəsarət alan 3 uşaq (qadın cinsli) 1-i kritik ağır olmaqla, müxtəlif dərəcəli bədən xəsarətləri ilə İmişli Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub.
1992-ci il təvəllüdlü (kişi cinsli) və 2015-ci il təvəllüdlü (qadın cinsli) şəxslərə ilkin olaraq, qapalı kəllə-beyin travması diaqnozu təyin edilib və ilkin zəruri tibbi xidmətlər göstərilib.
Hazırda Reanimasiya şöbəsində müalicələri davam etdirilir, vəziyyətləri ağır qiymətləndirilir.
Təxliyə olunan şəxslərdən 1 nəfərin (qadın cinsli) xəstəxanada həkimə qədər ölüm faktı qeydə alınıb.
Qeyd edək ki, 1 uşaq isə hadisə yerində həkimə çatdırılanadək həyatını itirib.


Müəllif: Teleqraf.com
Seçilən
49
13
teleqraf.com

7Mənbələr