AZ

Professor Nizaməddin Şəmsizadə komaya düşüb

Filologiya elmləri doktoru, professor Nizaməddin Şəmsizadə komaya düşüb.

Bu barədə -Demokrat.az-a professorun qızı, jurnalist Ayfər Feyziyeva məlumat verib.

Onun sözlərinə görə, professor hazırda reanimasiyadadır.

“Vəziyyəti ağırdır, süni tənəffüs aparatına qoşulub. Həkimlər sepsis diaqnozu qoyublar”.

Qeyd edək ki, Nizaməddin Şəmsizadə 1954-cü ildə Qubanın İspik kəndində anadan olub. O, 1977-ci ildə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini bitirərək 1982-ci ildə namizədlik, 1990-cı ildə doktorluq dissertasiyaları müdafiə edib.

N.Şəmsizadə 10-dan çox monoqrafıyanın, bir sıra hekayə, şeir və esselər kitablarının, 250-dən çox ədəbi-tənqidi, elmi-nəzəri və fəlsəfi-publisistik məqalənin, eləcə də ölkənin ali məktəblərində tədris olunan "Ədəbiyyat nəzəriyyəsi" adlı fundamental dərsliyin müəllifidir. O, elmi xidmətlərinə görə akademik Y.Məmmədəliyev mükafatının laureatıdır.

Seçilən
29
30
demokrat.az

10Mənbələr