Bakı. Trend:
Çalışacağıq ki, ilkin nəticələri yanvarın 29-u axşam və ya ayın30-u açıqlayaq.
Trend xəbər verir ki, bunu bu gün 20 Yanvar faciəsi iləəlaqədar Şəhidlər xiyabanını ziyarət edərkən jurnalistlərəaçıqlamasında Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovdeyib
O bildirib ki, parlament və Prezident seçkilərindən fərqliolaraq bələdiyyə seçkilərində bu məsələ bir az çətindir:
“Çünki namizədlərin və seçilən insanların sayı çox olur. Dairəseçki komissiyalarının protokollarını sayıb, məntəqə protokollarınıümumiləşdirib yekun nəticə bildirmək kifayət qədər vaxt aparır.Çatdıra bilsək, 29-u gecə, hətta 29-dan 30-na keçən gecə də olsa,nəticələri açıqlayacağıq. Tam əminliklə demək olar ki, ayın 30-unəticələri açıqlayacağıq”, - MSK sədr4i əlavə edib.
Qeyd edək ki, Azərbaycanda yanvarın 29-da bələdiyyə seçkilərikeçiriləcək.