AZ

"Statista": Bu il Azərbaycanın bank sektorunun xalis faiz gəlirləri 2,89 mlrd. dollara çatacaq

2025-ci ildə Azərbaycanın ənənəvi bank sektorunun xalis faiz gəlirinin 3,9% artaraq 2,89 milyard ABŞ dollarına çatacağı gözlənilir.

"APA-Economics" xəbər verir ki, bu barədə "Statista" portalının proqnozunda bildirilib. Bunun 1,67 milyard ABŞ dolları ənənəvi pərakətdə bankçılığın payına düşəcək.

Ümumilikdə 2025-2029-cu illərdə Azərbaycanda sektorun xalis faiz gəlirləri illik 3,45% həcmində artacaq və 2029-cu ilə qədər bazar həcminin 3,31 milyard ABŞ dolları bərabər olacağı gözlənilir.
Qlobal miqyasda isə xalis faiz gəlirlərinin böyük hissəsi Çinin payına düşəcək və 2025-ci ildə 4 trilyon 160,0 milyard ABŞ dolları təşkil edəcək.

"Statista" qeyd edib ki, Azərbaycanın ənənəvi bankları rəqəmsal bankçılıq platformalarından artan rəqabətlə üzləşir və bu, müştərilərin seçimində dəyişiklik yaradır.

Seçilən
17
9
apa.az

10Mənbələr