İngiltərə Premyer Liqası komandalarından “Mançester Yunayted” forması geyinən Markus Reşford karyerasını İspaniyada davam etdirə bilər.
Apasport.az xəbər verir ki, futbolçu ilə “Barselona” klubu yaxından maraqlanır.
Hazırda iqtisadi problemlər yaşayan kataloniyalılar forvardı pulsuz şəkildə transfer etməyi planlaşdırır.
27 yaşlı ingiltərəli də bu təklifə müsbət yanaşır.
Oyunçu ilə La Liqa klubundan başqa, A Seriyası təmsilçilərindən “Milan”ın da maraq dairəsində olduğu bildirilib.
Qeyd edək ki, Reşford bu mövsüm “qırmızı şeytanlar”ın heyətində iştirak etdiyi 24 rəsmi matçda 7 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb.
18 yaşlı müdafiəçi "Mançester Siti"də
Türkiyə Kuboku: 2-ci həftənin təqvimi
"Real"ın arzusu ürəyində qaldı
De Bleker səhvi etiraf etdi: "Belə hörmətsiz davranışı qəbul edə bilmərik"
“Fənərbaxça”nın futbolçusu İtaliya yolunda