AZ

Panama BMT-yə Trampın Panama kanalı ilə bağlı təhdidlərindən şikayət edib– ÖZƏL

Olaylar.az xəbər verir ki, Panama hakimiyyəti ABŞ-nin keçmiş prezidenti Donald Trampın Panama kanalını geri qaytarmaqla bağlı təhdidləri barədə BMT-yə rəsmi bildiriş göndərib. Reuters agentliyinin məlumatına görə, bu məktub BMT-nin baş katibi Antonio Quterreşə və Təhlükəsizlik Şurasının üzvlərinə təqdim edilib.

Panamanın BMT-dəki nümayəndəsi Eloy Alfaro de Alba məktubda vurğulayıb ki, hər hansı bir ölkənin ərazi bütövlüyünə güc tətbiq etmək hədəsi BMT Nizamnaməsinə ziddir.

Xatırladaq ki, Tramp andiçmə mərasimində çıxışı zamanı Panama kanalının ABŞ-yə qaytarılmasının vacibliyini vurğulamış və Panamanı kanalın idarəsini Çinə ötürməkdə ittiham etmişdi.

Panama hakimiyyəti bu ittihamları qətiyyətlə rədd edib. Ölkənin Xarici İşlər Nazirliyi bəyan edib ki, Panama kanalı ölkənin suveren ərazisidir və bu məsələ müzakirəyə açıq deyil.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
44
50
olaylar.az

10Mənbələr