AZ

Vasif Qafarov hesabat açıqladı- 90 müraciət, 23 konfrans, mətbuatda müxtəlif çıxışlar…..

Milli Məclisin deputatı  Vasif Qafarov hesabat verdi
XALQ.AZ məlumat verir ki, 80 saylı Lerik – Astara   seçki dairəsi üzrə Milli Məclisin deputatı olan  Vasif Qafarov   fəaliyyəti haqqında hesabat yayımlanıb.
Məlumata görə, millət vəkili  2024-cü ilin sentyabr – dekabr aylarında 362 vətəndaş qəbulu keçirib, 90 müracət icra olunub. 23 konfrans və tədbirlərdə iştirak edib, 122 açıqlama ilə yerli mətbuatda çıxış edib. Sosial hesablarındamütəmadi   paylaşımlar olub.
Məlumatda qeyd olunur ki, vətəndaşların müraciətləri üzrə araşdırmalar aparılmış, müvafiq olaraq mərkəzi icra hakimiyyətləri və yerli icra hakimiyyətləri orqanlarına qarşısında məsələlər qaldırılmışdır.
Həmin fəaliyyət dövrü ərzində vətəndaşları narahat edən məsələlərin həlli, müraciətlərin qanunvericiliyin imkanları çərçivəsində baxılmasının təmin edilməsi, habelə dövlətin gündəmində olan mövzular ərtafında çıxış etmişdir.
Qeyd edək ki, millət vəkili Vasif Qafarov şəhid və qazi ailələri ilə mütəmadi görüşlər keçirir, parlament komitə və plenar iclaslarında qanun layihələrinin işlənməsində  regional,  elm və təhsil, və digər sahələri əhatə edən qanunların təkmilləşdirilməsi ilə bağlı yeni təkliflər çıxış edir.
Seçilən
12
1
xalq.az

3Mənbələr