Xəbər verdiyimiz kimi, Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin yoxlayıcı-mütəxəssisləri tərəfindən 22 yanvar 2025-ci il tarixində Bakı şəhəri, Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı küç., məhəlllə 507-511 ünvanda yerləşən Laser Beauty Estetik Klinikası MMC-yə məxsus özəl tibb müəssisəsində planlı yoxlamaya başlanılıb və proses 23 yanvar 2025-ci il tarixində davam etdirilib.
Mütəxəssislərin üstünə qışqıran, onları işdən çıxartdıracağı ilə hədələyən “arxalılar” kimlərdir?
Baş həkim Rəna Soltanova uzun müddətdir mediada özünü təbliğ edir. Tərcümeyi-halında bildirilir ki, 2001-2007-ci illərdə Azərbaycan Tibb Universitetini dermotoloq-veneroloq ixtisası üzrə təhsil alıb, 2007-2008-ci ildə Respublika Dəri-Zöhrəvi Dispanserində internaturanı bitirib. İddia edilir ki, “estetik dermatologiyanın sirlərini” məhz Almaniyada öyrənmişdir, “Azərbaycanda “tibbi-estetik kosmetologiya” üzrə beynəlxalq səviyyədə ixtisaslaşan ilk həkimdir”.
R.Soltanova 2017-2019-cu illərdə Kiyev şəhərində P.L.Şupik adına Ukrayna Milli Tibb Diplomdan Sonra Təhsil Akademiyasında ümumi cərrahiyyə üzrə ordinaturanı bitirib. Türkiyənin “Yüz Plastik Cerrahi Dernegi”nin üzvüdür. ”Laser Beauty Estetik Klinikası” MMC-nin mərkəzi ofisinin baş həkimidir.
Bu zəngin avtobioqrafiyaya malik xanımın fotolarını təqdim edirik və hesab edirik ki, avtobioqrafiyasından daha çox, fotoları “danışır”.
Axar.az