İsrailin Qəzzaya 15 aydan çox davam edən hücumları yanvarın 19-da qüvvəyə minən atəşkəslə başa çatıb.
Turkustan.az xəbər verir ki, atəşkəsdən sonra minlərlə fələstinli öz evlərinə qayıtmaq üçün yola düşüb.
Fələstinlilər dünəndən bəri atəşkəs və əsir mübadiləsi razılaşmasının ikinci mərhələsinin başa çatması ilə şimaldakı evlərinə dönə bilmək üçün gözləyirlər.
İsrail ordusu səhər yerli vaxtla səhər saat 07:00-da Qəzza zolağının sakinlərinin cənubdan şimala keçə biləcəklərini açıqlayıb. Bu barədə İsrail ordusunun sözçüsü Aviçay Adraee açıqlama verib
Avtomobillərin yerli vaxtla 09.00-dan başlayaraq Səlahəddin küçəsində nəzarəti keçdikdən sonra Qəzza zolağının şimalına doğru hərəkət edə biləcəyini bildirən Adraee, avtomobillərdə silah olmasının pozuntu sayılacağını bildirib.
Adraee əlavə edib ki, İsrail əsgərlərinin yerləşdiyi nöqtələrdən uzaq durmaq lazımdır və İsrail ordusu bufer zonaya doğru geri çəkiləcək.
Aytən Yaşar/ Turkustan.az