AZ

Avropanın 27 ölkəsi Rusiyaya qarşı sanksiyanın vaxtını uzadıblar

Avropanın 27 ölkəsi yenidən Rusiyaya qarşı sanksiyaların müddətini uzatmaq barəsində razılığa gəliblər. Bu barədə Tass agentliyi məlumat yayıb. 

"Bəli,nazirlər  sanksiyaların uzadılmasını təsdiqləyiblər", - məlumatda deyilir. 
 
Bu Avropa İttifaqının Rusiyaya qarşı 16-cı sanksiya paketidir. 
 
Rusiyaya qarşı sərt sanksiya paketləri 2022-ci ilin fevralında Ukraynaya hərbi hücumlardan sonra başlayıb. Putinə etiraz olaraq bir sıra dünya brend və markaları Rusiya bazarını tərk etmək barəsində qərar qəbul ediblər. 
 
İndəyədək sərt sansliyaların tətbiqində ABŞ-da rol oynayırdı. Hazırda ABŞ-ın yeni təyin olunan prezidentindən sonra sanksiyaların tətbiqində hələlik ABŞ-ın adı çəkilmir. 
 
ABŞ prezidenti Trampın Rusiya ilə Ukrayna arasında sülh yaradacağı ilə bağlı xəbərlər paylaşılır. 
 





www.anews.az
Seçilən
14
anews.az

1Mənbələr