Olaylar.az xəbər verir ki, bu fikri yanvarın 27-də jurnalistlərlə görüşdə Ermənistan-Amerika Araşdırmaları Mərkəzinin direktoru Suren Sarkisyan səsləndirib.
Onun sözlərinə görə, əvvəlki prezidentlər ikitərəfli münasibətlərin inkişafına ciddi töhfələr veriblər. "Burada amerikalı tərəfdaşlarımızın rolunu da nəzərə almaq lazımdır. Buna görə də bütün uğurları Nikol Paşinyan və Co Bayden administrasiyalarının adına yazmaq düzgün deyil," - deyə Sarkisyan qeyd edib.
Erməni ekspert vurğulayıb ki, əgər Ermənistan bu uğurları yalnız Paşinyan və Bayden administrasiyalarının nailiyyəti kimi təqdim etsə, ABŞ Prezidenti Donald Tramp Ermənistanla strateji əməkdaşlıq Xartiyasında göstərilənlərin həyata keçirilməsinə maraq göstərməyə bilər.
Sarkisyanın sözlərinə görə, Tramp Vaşinqton və İrəvan arasında əldə olunmuş razılaşmalar barədə məlumatlıdır. Hazırda isə ABŞ-də hakimiyyətin bir administrasiyadan digərinə keçid prosesi baş verir.