Bu gün Afrika Enerji Sammitində COP29-un prezidenti Muxtar Babayev Birləşmiş Millətlər Təşkilatının Baş katibinin müavini xanım Əminə Məhəmməd ilə ikitərəfli görüş keçirib.
Olaylar xəbər verir ki, bu barədə COP29-un "X" sosial şəbəkə hesabında paylaşım edilib.
Bildirilir ki, onlar COP29-da əldə olunan irəliləyişləri müzakirə ediblər.
Tərəflər Bakıda qazanılmış nailiyyətlərin möhkəmləndirilməsi üçün əməkdaşlığın daha da gücləndirilməsi zərurətindən danışıblar.


Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31