AZ

ABŞ-da 956 qeyri-qanuni mühacir həbs edildi

ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi "geniş miqyaslı deportasiya kampaniyası" çərçivəsində 956 qeyri-qanuni immiqrantın saxlanıldığını açıqlayıb.

Turkustan.az xəbər verir ki, ABŞ milli mətbuatının məlumatına görə, ICE rəsmiləri əməliyyatı dünən Federal Təhqiqat Bürosu, Narkotiklərlə Mübarizə İdarəsi və Alkoqol, Tütün, Odlu Silahlar və Partlayıcılar Bürosu ilə əməkdaşlıq edərək həyata keçirib.

Bildirilib ki, Tramp administrasiyasının dəstəklədiyi əməliyyatlar “ABŞ-ın immiqrasiya qanunlarını tətbiq etmək və potensial təhlükəli cinayətkar əcnəbiləri cəmiyyətdən uzaq tutmaqla ictimai və milli təhlükəsizliyi qorumaq” məqsədi daşıyır.

CNN-in xəbərində, müxtəlif şəhərlərdə həyata keçirilən və "geniş miqyaslı deportasiya kampaniyası" olaraq xarakterizə edilən əməliyyatlarda tutulan 956 qeyri-qanuni mühacir həbs edilib.

Donald Trampın yanvarın 20-də ABŞ prezidenti vəzifəsinə gəldiyi gündən bəri ICE-nin ümumilikdə 2681 qeyri-qanuni immiqrantı həbs etdiyi milli mətbuatda yayılsa da, məhbusların cinayət tarixçəsi açıqlanmayıb.

ABŞ prezidenti Trampın “sərhəd çarı” adlandırdığı Tom Homan jurnalistlərə açıqlamasında Çikaqo və İllinoys ştatlarında keçirilən əməliyyatlar zamanı bir neçə məhbusun ağır cinayətlərə görə məhkum edildiyini bildirib.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
54
4
turkustan.az

10Mənbələr