Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Komitəsinə yenidən Yunanıstan nümayəndəsi Teodor Russopulos rəhbərlik edəcək.
Bu barədə yanvarın 27-də AŞPA-nın X sosial şəbəkəsindəki səhifəsində məlumat verilib. “Teodoros Russopulosu gələn il üçün yenidən AŞPA prezidenti seçilməsi münasibətilə təbrik edirik!” – mesajda deyilir.
Russopulos AŞPA-nın 35-ci prezidentidir. O, ilk dəfə 2024-cü ilin yanvarında assambleyanın rəhbəri seçilib və bu vəzifəni tutan ilk yunan olub. Səlahiyyətlər yalnız bir dəfə uzadıla bilər.
//Samir Qurbanov, Editor.az