Bakı. Trend:
İtaliyanın "Juventus" klubu heyətini yeni yarımmüdafiəçi iləgücləndirib.
Trend xəbər verirki, Turin təmsilçisi "Chelsea"dən qayıdan Renato Veiqa ilə müqaviləimzalıyıb. Klubun mətbuat xidməti bu barədə məlumat yayıb.
Renato Veiqa "Sporting"-in yetirməsidir və Portuqaliyamillisinin üzvüdür. Bu mövsümdə Premyer Liqada "Chelsea"-ninheyətində 7 rəsmi matçda iştirak edib.