AZ

Dövlət Neft Fondu ötən il 25,2 ton qızıl alıb

Bakı. Trend:

Ötən ilin ilk 9 ayında Dövlət Neft Fondu tərəfindən əlavəalışlar və qızılın qiymət artımı nəticəsində porfelin xüsusi çəkisiilin əvvəli ilə müqayisədə 5,7% artaraq 17,7%-ə yüksəlib.

Bu barədə Trend Hesablama Palatasına istinadən xəbər verir.

Məlumata görə, Fondun investisiya portfelinə daxil olan qızılınümumi miqdarı ilin əvvəlinə 101,8 ton və ya 6 752,1 mln ABŞ dollarıtəşkil edib.

Bildirilib ki, 2024-cü ilin ilk 9 ayı ərzində əlavə olaraq 1928,6 mln. ABŞ dolları dəyərində 25,2 ton qızıl alınıb.

Qeyd olunub ki, əlavə alışlar və qızılın qiymət artımınəticəsində, sentyabr ayına olan vəziyyətə görə qızılın ümumimiqdarı 127,0 ton və ya 10 844,9 mln. ABŞ dollarına yüksəlib.Bununla da ilin əvvəli ilə müqayisədə ümumi portfeldə qızılınxüsusi çəkisi 5,7% artaraq 17,7%-ə yüksəlib.

Seçilən
46
1
az.trend.az

2Mənbələr