AZ

231-ci dəfə intihara cəhd edən kişi yenə sağ qaldı – Benzin yerinə… – FOTO

Türkiyədə kişi 231-ci dəfə intihara cəhd edib.

Medianews.az Lent.az-a istinadla bildirir ki, onun sonuncu belə cəhdi Manavqat şəhərində baş verib.

Hasan İ. boynunda ip, əlində bir şüşə benzin və bıçaqla şəhərdəki beşmərtəbəli binanın damına çıxaraq, özünü öldürəcəyini deyib. Dərhal hadisə yerinə polis və həkimlər gəlib. Polisin sözlərinə görə, o, işlədiyi restoranda maaşını ala bilməyib və Muğla şəhərinə getmək üçün pulu olmayıb. Buna görə də etiraz olaraq binanın damına çıxıb. Polis onun bu istəyini yerinə yetirəcəyini dedikdən sonra adam razılaşıb və aşağı düşüb. Aşağı düşəndən sonra da ac olduğu üçün yeməklə təmin olunub.

Özünü yandırmaq üçün əlində tutduğu şüşədə isə benzin əvəzinə idrar (sidik) olduğu üzə çıxıb.

Araşdırmalar zamanı məlum olub ki, Hasan İ.-nin 250-dən çox cinayət qeydi var. Onlardan 231-ci binaların damına çıxaraq, intihara cəhd etmək olub. Belə ki, Hasan İ. bundan əvvəl Alanya və Antalyanın Qazipaşa qəsəbəsində dəfələrlə binalarında damına çıxaraq, intihar etmək istəyib.

231-ci dəfə intihara cəhd edən kişi yenə sağ qaldı – <span style=color:red>Benzin yerinə... - FOTO

231-ci dəfə intihara cəhd edən kişi yenə sağ qaldı – <span style=color:red>Benzin yerinə... - FOTO

Seçilən
30
medianews.az

1Mənbələr