AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikasına davam edir.
30 yanvar harada nәlәr baş verib, kimlәr xatırlanır? Qısaca nәzәr salaq.
30 yanvar Gömrük Əməkdaşlarının Peşə Bayramıdır:
Dövlət Gömrük Komitəsi (DGK) Azərbaycan suverenliyini bərpa etdikdən üç ay sonra – 1992-ci il yanvarın 30-da yaradılıb.Azərbaycan Prezidenti Heydər Əliyevin 1997-ci ildə imzaladığı sərəncamla hər il yanvarın 30-u gömrük əməkdaşlarının peşə bayramı günü elan edilib.
30 yanvar 1919-cu ildə erməni silahlı dəstələri Kəvər mahalının Bığlı, Əfəndi, Hacı, Muğan, Əyrivənd, Ağzıbir kənlərinə hücum edib:
Didərgin düşən əhali Ağmandan dağının yuxarı hissəsində mühasirədə saxlanılır, nəticə 3000 sakin donaraq məhv olur.
1948-ci ilin 30 yanvarında 15 yaşlı məktəbli Riçard Skrenta ilk kompüter virusunu yazıb.
30 yanvar 1920-ci ildə Əməkdar incəsənət xadimi, kinooperator Teyyub anadan olub:
“Onu bağışlamaq olarmı?”, “Sehrli xalat”, “Dağlarda döyüş”, “Tütək səsi” və s. filmlərin operatorudur.