Bakı. Trend:
“Həzi Aslanov” stansiyasının baxış, xidmət, qulluq, kiçik həcmlitəmir işləri, bir yoldan digərinə keçirilməsi və gecələməsi üçünnəzərdə tutulmuş dalanında əsaslı təmir və yenidənqurma işlərinəhazırlıq başlanılıb.
Trend xəbərverir ki, metropolitenin aidiyyəti xidmətləri dalan yollarındatəmizləmə işlərini həyata keçiriblər. Burada təmas relsi,yoldəyişdirici qurğular, yol yataqları, elektrik naqilləri, rabitəxətləri, ventilyasiya sistemləri, təhlükəsizlik kameralarısökülərək podratçı şirkətin işlərə start verməsinə münbit zəminyaradılıb.
Təmir və yenidənqurma işləri ilə məşğul olan şirkət, öznövbəsində, müayinə və təhlillər aparıb. Şirkət tərəfindən yolbetonunun söküntüsü təmin edilib. Qrunt və qrunt sularındananalizlər götürülüb, nəticələr müəyyənləşdirildikdən sonra müvafiqtikinti meydançası yaratmaq üçün metal konstruksiyalarquraşdırılıb.
Qeyd edək ki, dalan və dalan yolları istismar dövrününqeyri-əlverişli hidrogeoloji şəraiti səbəbindən yararsız haladüşüb, tunelin konstruktiv elementlərinə ciddi mənfi təsirlərgöstərib.
Davamlı təsirlər nəticəsində yan və orta divarlarda erroziyaintensiv xarakter alıb, blok və örtük panellərində mühafizə qatınınbetonu qopub və işçi armaturlar korroziyaya uğrayıb.
“Evrascon"- Avropa-Asiya Tikinti Korporasiyası təmir işlərini 6mərhələdə aparacaq.
Təmir zamanı mövcud təsərrüfat demontaj ediləcək, dalan qurğusuvə konstruksiyalar söküləcək. Müvəqqəti metal çərçivələrdənistifadə olunmaqla örtük tavası gücləndiriləcək. Dalan yollarınındivar bloklarında və panellərdə aqressiv qrunt sularının və ağırgeoloji şəraitdə erroziyanın təsirləri aradan qaldırılaraq, betonbloklar, divarlar, sərt özül betonu, dalan qurğusu,konstruksiyalar, yolun üstquruluş elementləri layihə əsasındayenidən qurulacaq.
Görüləcək işlər çərçivəsində infrastrukturla bağlı bütün sahələryenilənəcək. Bu zaman enerji təsərrüfatı, habelə dalan yollarınınelektrik təchizatı və avadanlıqlar müasirləşdiriləcək. Rabitə,işarəvermə, videomüşahidə, kommunikasiya, ünvanlı yanğınsiqnalizasiya, su, kanalizasiya, havalandırma və digər sistemləryenidən qurulacaq.
Yenidənqurma çərçivəsində dalan yolları ən müasir texnologiyalarüzrə yenidən qurulacaq. Layihəyə əsasən, dalan yolları dəmir-betonbloklar üzərində, yoldəyişdirici qurğular isə dəmir-beton monolitözül üzərində quraşdırılacaq.
Bütün proses boyu müasir texnologiyaların ən son yeniliklərindənyararlanmaqla, dayanıqlı və yüksək keyfiyyətli materiallardanistifadə ediləcək.