AZ

Azərbaycanda bank sektorunun aktivləri 3,8 milyard manat böyüyüyb

2024-cü ilin yanvar-dekabr aylarında fəaliyyətdə olan bankların cəmi aktivləri 53 milyard 1 milyon manat təşkil edib.

FED.az bu barədə Azərbaycan Mərkəzi bankına istinadən xəbər verir.

Məlumata görə bu 2023-cü ilin sonu ilə müqayisədə 3 milyard 823,2 milyon manat (8%) çoxdur.

Aktivlərin 16 milyard 196,3 milyon manatı xarici valyutada formalaşıb ki, bu da illik müqayisədə 356,12 milyon manat (2%) azalıb.

2023-cü ildə bank sektorunun aktivləri 49 milyard 178,2 milyon manata bərabər olub ki, bunun da 16 milyard 552,4 milyon manat xarici valyutada formalaşıb. 

Seçilən
20
42
fed.az

10Mənbələr