AZ

ABŞ-də qəzaya uğrayan təyyarənin "qara qutu"sunun tapıldığı bildirilir

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Vaşinqton yaxınlığında qəzaya uğrayan təyyarənin uçuş qeydlərinin aparıldığı "qara qutu"nun tapıldığı ehtimal olunur.
Oxu.Az xəbər verir ki, bu barədə "CBS News" telekanalı məlumat yayıb.
Qeyd olunur ki, "qara qutu" dalğıclar tərəfindən tapılıb.
Məlumatda o da qeyd edilir ki, təyyarənin korpusu bir neçə hissəyə bölünüb və Potomak çayında 1,5-2,5 metr dərinlikdə yerləşir.
Xatırladaq ki, yanvarın 30-u Vaşinqtonun Reyqan Milli Hava Limanı yaxınlığında sərnişin təyyarəsi "Sikorsky H-60" ("Black Hawk") hərbi helikopteri ilə toqquşub. Təyyarə Potomak çayına düşüb. Çaydan 18 nəfərin meyiti çıxarılıb. Ümumilikdə sərnişin təyyarəsinin göyərtəsində 64 nəfər olub.
Seçilən
12
50
oxu.az

10Mənbələr