"Football-plus.az" xəbər verir ki, U-17 fevralın 5-dən 10-dək Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində baş tutacaq hazırlıq çərçivəsində 2 yoxlama oyunu keçirəcək.
Millimiz fevralın 7-də və 10-da Birləşmiş Ərəb Əmirliklərinin müvafiq yaş qrupundan ibarət komandası ilə üz-üzə gələcək. BƏƏ Futbol Akademiyasında təşkil olunacaq hər iki matç Bakı vaxtı ilə saat 19.30-da başlayacaq.
Komandamıza dəvət edilən futbolçuların adları ilə sizi tanış edirik:
![U-17](/uploads/posts/2025-01/1738247943_inshot_20250130_183612271.jpg)