AZ

İsveç Ukraynaya 1,2 milyard dollarlıq hərbi yardım paketini açıqlayıb

İsveç Müdafiə Nazirliyi Ukraynaya 2022-ci ildən bəri ən böyük - 1,23 milyard dollardan çox dəyərində yardım paketinin ayrılmasına qərar verib.

“Report” xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Pol Yunson mətbuat konfransı zamanı bildirib.

“Bu, İsveçdən Ukraynaya 18-ci yardım paketidir. Bu həm də 2022-ci ilin fevralından bəri İsveçin Ukraynaya verdiyi ən böyük yardım paketidir”, - o əlavə edib.

Nazir həmçinin qeyd edib ki, Ukraynanın uzaqmənzilli raket və dronlarının istehsalına təxminən 90 milyon dollar ayrılacaq.

Seçilən
72
50
report.az

10Mənbələr