AZ

Gəncə 1 Saylı Mediasiya Təşkilatının 2024-cü il üzrə hesabatı təqdim edilib

Mediasiya Şurası 2024-cü ilə dair ümumi hesabat ictimaiyyətə təqdim edilib. Bu hesabat çərçivəsində Gəncə 1 saylı Mediasiya Təşkilatının fəaliyyəti ilə bağlı statistik məlumatlar da açıqlanıb.

QHT.az xəbər verir ki, hesabata əsasən, Gəncə 1 saylı Mediasiya Təşkilatına 2024-cü il ərzində ümumilikdə 2603 müraciət daxil olub. Onların kateqoriyalar üzrə bölgüsü belədir:

  • Ailə mübahisələri üzrə: 2502 müraciət
  • Əmək mübahisələri üzrə: 72 müraciət
  • Kommersiya mübahisələri üzrə: 27 müraciət
  • Mülki mübahisələr üzrə: 2 müraciət

Tamamlanan işlərin sayı 2491 olub. Bunlardan:

  • Xitam verilən və mediasiyadan imtina edilən işlər: 410
  • İlkin mediasiya sessiyasında (İMS) bir tərəfin iştirak etmədiyi hallar: 1189
  • Tam mediasiya sessiyasına (TMS) keçirilməyən işlər: 543
  • Barışıq əldə olunan işlər: 349

Hesabat, mediasiya prosesinin Gəncə 1 saylı Mediasiya Təşkilatında aktiv şəkildə tətbiq edildiyini və ailə mübahisələrinin üstünlük təşkil etdiyini göstərir.

 

Pərvanə Fərhadqızı

Seçilən
14
qht.az

1Mənbələr