ABŞ prezidenti Donald Tramp BRİKS-i “Truth Social” sosial şəbəkəsində 100% idxal rüsumları ilə hədələyib. AzPost xəbər verir ki, o, vəd verib ki, birlik dollara alternativ olaraq yeni valyuta yaratmağa çalışarsa, belə bir tədbirə əl atacaq.
“Biz bu zahirən düşmən kimi görünən ölkələrdən yeni BRİKS valyutası yaratmayacağına dair öhdəlik götürmələrini və güclü ABŞ dollarını əvəz edəcək hər hansı digər valyutanı dəstəkləməmələrini tələb edəcəyik ” – deyə Ağ Evin rəhbəri qeyd edib.