AZ

"Azərbaycan mina çirklənməsindən ən çox əziyyət çəkən ölkələrdəndir"- Xİn rəsmisi

Image

Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyev BMT və Azərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi (2026-2030-cu illər) üzrə “Yüksək Səviyyəli Strateji Prioritetləşdirmə” tədbirində bəyan edib ki, Azərbaycanın azad edilmiş ərazilərində hələ də ən böyük problem minalarla bağlıdır. Y. Rəfiyev vurğulayıb ki, Azərbaycan hazırda dünyada mina çirklənməsindən ən çox əziyyət çəkən ölkələrdəndir. SİTAT: "Azərbaycan davamlı rəqabət qabiliyyətli və inkluziv iqtisadiyyatın qurulmasına, "yaşıl iqtidadiyyat"ın təkamül edilməsinə, sosial rifahın yüksəldilməsinə və gələcək naminə uzunmüddətli dayanıqlılığın təmin edilməsinə yönəlmiş bir yol xəritəsinə malikdir. Bu istiqamətdə sürətlə irəliləməyimizə baxmayaraq, uzun müddət işğal altına qalmış ərazilərimizdə mina probleminin mövcudluğu hələ də ən böyük maneələrdən biri olaraq qalır”.

Mətləb Salahov







Seçilən
8
3
baki-xeber.com

10Mənbələr