AZ

Son 5 ildə AİŞ-in dəstəyi ilə 23 təşəbbüs reallaşdırılıb

“Qeyri-neft sektorunun dayanıqlı inkişafı, bu sahəyə xarici investisiyaların cəlb olunması, müasir standartların və qabaqcıl təcrübələrin tətbiqi ilə yeni müəssisələrin yaradılması əsas prioritetlərimizdəndir”.

Bu barədə sosial şəbəkə hesablarında paylaşım edən iqtisadiyyat naziri Mikayıl Cabbarov əlavə edib ki, son 5 ildə Azərbaycan İnvestisiya Şirkətinin dəstəyi ilə 19 yeni müəssisənin tikintisi daxil olmaqla, qida, tikinti, əczaçılıq, qablaşdırma, dağ-mədən, yaşıl enerji və digər sahələrdə 23 təşəbbüs reallaşdırılıb: “Ümumi dəyəri 1,7 milyard manat olan bu layihələr yerli istehsalın artırılmasına, idxalı əvəzləyən məhsulların istehsalının təşviqinə və məşğulluğun dəstəklənməsinə xidmət edir”.

Seçilən
42
7
vergiler.az

10Mənbələr