AZ

Tramp BRİKS-i 100% idxal rüsumları tətbiq etməklə hədələyib

ABŞ prezidenti Donald Tramp BRİKS ölkələrini beynəlxalq ticarətdə dollara alternativ yaratmağa cəhd etdiklərinə görə 100% tariflərlə hədələyib. Bu barədə o, “TRUTH Social” sosial hesabında yazıb.

“Biz tələb edəcəyik ki, bu zahirən düşmən kimi görünən ölkələrdən yeni BRİKS valyutası yaratmamaq və ya güclü ABŞ dollarını əvəz edəcək hər hansı digər valyutanı dəstəkləməmək barədə öhdəlik götürsünlər,”- o yazıb.

Tariflər tətbiq etməklə yanaşı, Tramp BRİKS ölkələrini dolları başqa valyuta ilə əvəz etməyə cəhd etsələr, Amerika bazarını bağlamaqla hədələyib.

Bu yaxınlarda Tramp artıq BRİKS ölkələrinə qarşı ticarət tarifləri tətbiq etməklə hədələyib. O vaxt ABŞ-da BRICS ölkələrinin biznesləri üçün rüsumlardan söhbət gedirdi.

Almaz Həsənli

Seçilən
32
13
oxumeni.az

10Mənbələr