Ağcabədidə maşın ağaca çırpılıb, bir nəfər ölüb.
Leqal.info xəbər verir ki, hadisə rayonun Avşar kəndində qeydə alınıb.
Belə ki, 2007-ci il təvəllüdlü Şükür Nəcəfov idarə etdiyi "Chervolet Cruze" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və ağaca çırpılıb.
Nəticədə Şükür Nəcəfov hadisə yerində ölüb, sərnişin, 2008-ci il təvəllüdlü Sevər Quliyev xəsarət alıb.
Faktla bağlı cinayət işi açılıb.
Leqal.info
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta