"Tottenhem"in 17 yaşlı forvardı avrokuboklarda qol vuran ən gənc ingilis olub.
Tottenhem"in hücumçusu Mikki Mur Avropa Liqasının ümumi mərhələsinin 8-ci turunda İsveçin "Elfsborq"u ilə görüşdə (3:0) qol vurub.
"Operativ Media" xəbər verir ki, 17 yaşlı ingilis 90+4-cü dəqiqədə yekun hesabı müəyyənləşdirib.
Mur 17 yaş 172 gündə qol vurub. O, Avropa yarışlarında qol vuran ən gənc ingilis olub. Bundan əvvəlki rekordçu 1957-ci ildə 17 yaş 245 gün olarkən qol vuran Cimmi Qrivz olub.
“Tottenhem” (17 xal) Avropa Liqasının ümumi cədvəlində dördüncü yeri tutaraq turnirin 1/8 finalına birbaşa yüksəlib.