AZ

"Tottenhem"in 17 yaşlı forvardı avrokuboklarda qol vuran ən gənc ingilis oldu

"Tottenhem"in 17 yaşlı forvardı avrokuboklarda qol vuran ən gənc ingilis olub.

Tottenhem"in hücumçusu Mikki Mur Avropa Liqasının ümumi mərhələsinin 8-ci turunda İsveçin "Elfsborq"u ilə görüşdə (3:0) qol vurub.

"Operativ Media" xəbər verir ki, 17 yaşlı ingilis 90+4-cü dəqiqədə yekun hesabı müəyyənləşdirib.

Mur 17 yaş 172 gündə qol vurub. O, Avropa yarışlarında qol vuran ən gənc ingilis olub. Bundan əvvəlki rekordçu 1957-ci ildə 17 yaş 245 gün olarkən qol vuran Cimmi Qrivz olub.

“Tottenhem” (17 xal) Avropa Liqasının ümumi cədvəlində dördüncü yeri tutaraq turnirin 1/8 finalına birbaşa yüksəlib.

Seçilən
44
operativmedia.az

1Mənbələr