AZ

Azərbaycan hərbçiləri “Qış təlimi-2025”də yüksək peşəkarlıq nümayiş etdirirlər

Türkiyənin Qars şəhərində keçirilən beynəlxalq “Qış təlimi-2025”də iştirak edən Azərbaycanın hərbi qulluqçuları yüksək peşəkarlıq nümayiş etdirirlər.

Müdafiə Nazirliyindən “Poliqon”a bildirilib ki, müxtəlif ölkələrdən 12 mindən çox hərbi qulluqçunun iştirak etdiyi təlimdə əməliyyatlar zamanı bölmələrlə qarşılıqlı əlaqənin təmin edilməsi, döyüş vərdişlərinin yoxlanılması, atəşin idarə olunması, həmçinin axtarış-xilasetmə tədbirləri və döyüş təminatı üzrə fəaliyyətlər həyata keçirilir.

Təlimin ssenarisinə uyğun olaraq, artilleriya qurğuları, zirehli texnika, döyüş təyyarələri və helikopterlərdən qeyri-qanuni silahlı birləşmələrin sığınacaqları, texnikası və canlı qüvvəsinin məhv edilməsi üzrə tapşırıqlar yerinə yetirilib.

Həmçinin çətin hava şəraitində təyyarələrdən endirilən taktiki hava desantı qrupları dağlıq ərazidə döyüş tətbiqi üzrə tapşırıqları icra ediblər.

Çoxmillətli “Qış təlimi-2025”də bölmələrimiz Azərbaycanı layiqincə təmsil edirlər.

2d07c24b84cbb0f0284b3fdd68944f3e 7d2e19bd7e422826fc32a82b5e3af301 8099b4b2f55a40c5bd2adae06c08312c 692854371789b9cf9c5c0cff4bb1cb9d cacc5c359178493e406e2fbf569de2da e623df383603d39d6258a3354eb8faaf ee0d555b0ab004604ad2f116cf5faee3 ef6080c9aed89bb4544bdbd6e331710a f77e205d5813f4d1ba2b6adcca412e35

Seçilən
10
19
poliqon.az

10Mənbələr