Azərbaycanda diplomatik fəaliyyətini başa vuran Türkiyənin keçmiş səfiri Cahit Bağcı postunu yeni səfir Birol Akgünə təhvil verib.
“Qafqazinfo” xəbər verir ki, C.Bağcı bu barədə “X” hesabında paylaşım edib.
O bildirib ki, dörd ildir Türkiyənin Azərbaycandakı səfiri vəzifəsini bu gün tamamlayaraq ölkəsinə geri dönüb: “Vəzifəni və bayrağı Birol Akgünə bu gün təhvil verdik”.
Birol Akgünlə birgə fotolarını da paylaşan Bağcı, yeni səfirə vəzifəsinin icrasında uğurlar arzulayıb.
![](https://qafqazinfo.az/uploads/1738307912/GimhQZjWkAAqCrA.jpg)