Bu gün, yanvarın 31-də Ermənistanın baş naziri Nikol Paşinyan mətbuat konfransı keçirir.
Modern.az xəbər verir ki, baş nazir daha əvvəl Telegram səhifəsində yazıb ki, mətbuat konfransına hökuməti tərəfindən akkreditasiya olunmuş jurnalistlər dəvət olunub.
Paşinyanın mətbuat konfransında Ermənistan-Azərbaycan məsləsindən, sülh danışıqlarından bəhs edəcəyi gözlənilir.