ABŞ prezidenti Donald Tramp Misir və İordaniyanın Qəzza zolağında İsrail hərbi əməliyyatları nəticəsində evlərini itirmiş fələstinliləri qəbul edəcəyinə əminliyini ifadə edib...
Poliqon xəbər verir ki, ABŞ prezidnti bu barədə cümə axşamı Ağ Evdə jurnalistlərlə söhbətində bildirib.
“Biz onlar üçün çox şey edirik və onlar bununla gedəcəklər”, deyə bu barədə suala cavab verəkən Tramp deyib.
Qeyd edək ki, yanvarın 25-də Tramp jurnalistlərlə söhbətində Qəzza zolağının sakinlərinin ərəb ölkələrinə köçürülməsini mümkün hesab etdiyini bildirib. Söhbət 2 milyona yaxın insdanın anklavdan kənara köçürülməsindən gedir. ABŞ prezidenti əlavə edib ki, bu məsələni artıq İordaniya kralı II Abdullah ilə müzakirə edib və Misir prezidenti Əbdülfəttah əs-Sisi ilə telefon danışıqları zamanı bu məsələni gündəmə gətirmək niyyətindədir. Ertəsi gün İordaniyanın xarici işlər naziri Ayman əs-Səfədi krallığın fələstinlilərin Qəzza zolağından zorla çıxarılmasına qarşı olduğunu vurğulayıb. Misir Xarici İşlər Nazirliyi öz növbəsində, bu tədbirin müvəqqəti və ya daimi olmasından asılı olmayaraq, Fələstin xalqının hüquqlarının, o cümlədən onların torpaq hüquqlarının pozulmasını qəbuledilməz adlandırıb.
Poliqon.info